İranın müxtəlif bölgələrində sel daşqınları can almaqda davam edir.
Lent.az xəbər verir ki, əldə edilən son məlumatlara görə, 12 nəfər daşqınların qurbanı olub, 14 nəfər isə itkin düşüb. 3 mindən çox insana yardım göstərilib.
Bununla yanaşı, Tehran əyalətinin Rudəhən şəhərində 1 nəfər, Sistan-Bəluçistan əyalətinin Zahidan şəhərində isə 2 uşaq sel daşqınları nəticəsində ölüb.
İranın Qızıl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd bu gün İRNA-ya açıqlamasında deyib ki, Tehranın İmamzadə Davud adlanan bölgəsindən indiyədək 500 zərərçəkmiş şəxs təhlükəsiz bölgəyə təxliyə edilib.
O, sonda mümkün itkinləri olması ilə bağlı xəbərdarlıq edərək, hazırda axtarış-xilasetmə tədbirlərinin davam etdiyini qeyd edib.