İlk baxışdan təcili yardım maşınına bənzəsə də, reallıq başqadır.
Lent.az xəbər verir ki, Moskvada onlarla belə saxta təcili yardım karetası var. Hamısı da məşhur iş adamlarınındır.
Onlar tıxacda qalmamaq üçün maşını belə dizayn etdirir və sürücü tuturlar. Sayrışan işığa və səs siqnalına görə yolu boşaldan avtomobil sürücülərinin ağlına gəlmir ki, maşında xərək yox, lüks divan və televizor quraşdırılıb. Sərnişin isə xəstəlikdən əziyyət çəkmir, kef çəkir.