Tarixdə ilk: ABŞ-da bu quruma qaradərili qadın  rəhbər oldu
11 may 2022 07:17 (UTC +04:00)

Tarixdə ilk: ABŞ-da bu quruma qaradərili qadın rəhbər oldu

0

ABŞ Senatı gərgin müzakirələrdən sonra FED-in (Mərkəzi Rezerv Sistemi) yeni rəhbərini təsdiq edib.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, bu posta iqtisadçı Liza Kuk təyin edilib. 
O, FED-ə rəhbərlik edən ilk qaradərili kimi tarixə düşüb. Onun lehinə 51, əleyhinə 50 senator səs verib. Onun namizədliyinə qarşı çıxanların hamısı Respublikaçılardır.

Liza Kuk Miçiqan və Oksford universitetlərinin məzunudur. Kaliforniya universitetində doktorluq dissertasiyası müdafiə edib. Rus və fransız dilləri də daxil olmaqla 5 dil bilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2059

Oxşar yazılar