Tanınmış blogger Taha Duymazın cansız bədəni bu gün dağıntılar altından çıxarılıb.
Lent.az xəbər verir ki, bununla bağlı fenomen Dilan Polat və hadisə şahidləri sosial şəbəkələrdə məlumat veriblər.
Bildirilir ki, 19 yaşlı Tahanın bacısı Melek Duymazın nəşi uçqun altından çıxarılan zaman yanında bir ayaq görünüb. Ayağın Tahaya məxsus olduğu dağıntılar altından çıxarılan zaman bəlli olub.
Qeyd edə ki, yemək bişirmə videoları ilə fenomenlik qazanan Taha Duymaz zəlzələ zamanı qohumugildə olub. O, 8 mərtəbəli binanın 1-ci mərtəbəsində dağıntı altında qalıb.