Şüşə parçası ilə məhəllədəki  avtomobilləri CIZDI
04 may 2022 02:46 (UTC +04:00)

Şüşə parçası ilə məhəllədəki avtomobilləri CIZDI

0

İstanbulun Şirinevler məhəlləsində bir şəxs şüşə parçası ilə bir çox avtomobilə ziyan vurub.

Lent.az NTV-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 06:00 radələrində Bahçelievler Şirinevler Məhəlləsində baş verib.

Səhər saatlarında məhəllənin küçələrindən birinə daxil olan naməlum şəxs əlində şüşə parçası olduğu zənn edilən əşya ilə park edilmiş onlarla avtomobili bir-bir zədələyib.

Küçə boyu maşınlara ziyan vuran şübhəli sonradan qaçaraq ərazidən uzaqlaşıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1993

Oxşar yazılar