Suriyada rus əsgəri öldürüldü - PARTLAYIŞ
10 sentyabr 2021 03:15 (UTC +04:00)

Suriyada rus əsgəri öldürüldü - PARTLAYIŞ

Suriyada humanitar yardım karvanının getdiyi yolda partlayış nəticəsində rus əsgəri həyatını itirib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Hadisə sentyabrın 9-da Homs əyalətində baş verib. Rusiya hərbi polisi tərəfindən humanitar karvanın marşrut xətti müəyyən edilərkən yolun kənarına quraşdırılmış partlayıcı qurğu işə salınıb.

Partlayış nəticəsində avtomobildə olan rus hərbçi ağır yaralanıb. Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1351

Oxşar yazılar