Suda öpüşməyə görə yeni REKORD:   4 dəqiqə…
16 fevral 2023 13:46 (UTC +04:00)

Suda öpüşməyə görə yeni REKORD: 4 dəqiqə…

Cənubi afrikalı qadın və kanadalı kişi suyun altında ən uzun öpüşməyə görə “Ginnesin Rekordlar Kitabı”na düşüblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, rekordun “müəlliflər”i 40 yaşlı Bet Nil və onun 33 yaşlı nişanlısı Mayls Kloutier olub. Onlar Maldiv adalarında bu rekorda imza atıblar.

Belə ki, sualtı öpüş dörd dəqiqə altı saniyə davam edib.

Xatırladaq ki, cütlük daha öncə ən uzun öpüşən Maykl Fukarino və Eliza Lazzainanın 2010-cu ildə əldə etdiyi rekordu təzələyiblər. Adları çəkilən cütlük isə suyun altında üç dəqiqədən çox müddət ərzində öpüşə bilmişdilər.

Qeyd edək ki, Bet Nil və Mayls Kloutier cütlüyü müsahibələrində yeni rekorda imza atmaq üçün üç gün məşq etdiklərini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Nigar Namiq

Oxşar yazılar