ABŞ kəşfiyyatı ötən ay 620 milyon dollar kriptovalyutanın ələ keçirilməsində Şimali Koreya ilə əlaqəli xaker qrupunu ittiham edib.
Lent.az-ın xəbərinə görə, MKİ-nin məlumatında göstrilir ki, Lazarus və APT38 adlı qruplar KXDR-lə sıx əlaqədardır. Xakerlər vəsaiti ələ keçirmək üşün onlayn oyunlardan istifadə ediblər.
ABŞ hərbi kəşfiyyatı bildirir ki, Şimali Koreyanın “121-ci büro” adlı xaker qrupu həm ölkə daxilində, həm də xaricdə işləyir. Qriupun hazırda 6 mindən çox üzvü var. Ümumiyyətlə, şimali koreyalı xakerlər ötən il 400 milyon dollardan çox vəsaiti öz hesablarına keçirə biliblər.