Sevgilisi yaralı əsgərin təzminat pulunu oğurlayıb başqa oğlana xərclədi
08 avqust 2024 13:16 (UTC +04:00)

Sevgilisi yaralı əsgərin təzminat pulunu oğurlayıb başqa oğlana xərclədi

Ukraynada döyüşən rusiyalı yaralı əsgərin sevgilisi ondan 2,7 milyon rubl (təxminən 53 min 460 manat) oğurlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qız bütün pulu sevgilisi ilə əyləncəyə xərcləyib.

Yaralanandan sonra döyüşçü reabilitasiyaya göndərilib. O, təzminat olaraq verilən bütün ödənişlərin alındığı bank kartını 22 yaşlı sevgilisinə verib. Kartda zədə üçün ödənilən üç milyon rubla (təxminən 59 min 400 manat) yaxın pul olub.

Cəmi bir neçə gün ərzində qız 2,7 milyon rubl pul çıxarıb və onu başqa bir gənclə vaxt keçirməyə xərcləyib.

Yaralanan əsgər hadisədən xəbər tutub və polisə ərizə yazıb. İş artıq məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar