Sevgilisi Van Damın bacısını oxlovla döydü
26 mart 2022 05:15 (UTC +04:00)

Sevgilisi Van Damın bacısını oxlovla döydü

0

Məşhur aktyor Jan-Klod Van Damın bacısı Veronika van Varenberq sosial şəbəkədə Frederiklə tanış olduqdan sonra həyatı dəyişib.

Lent.az-ın Belga agentliyinə istinadla xəbərinə görə, bir müddət hər şey yaxşı getsə də, Veronika hiss edib ki, Frederiki yalnız pul və Jan-Klodun məşhurluğu maraqlandırır. Buna görə də münasibətlərə son qoymaq qərarına gəlib. Təbii ki, Frederik bununla razılaşmayıb.
 
2017-ci il martın 17-də Frederik əşyalarını götürmək üçün Veronika gilə gəlib. Mübahisə zamanı Frederik aktyorun bacısını oxlovla döyüb. Zərbənin gücündən oxlov sınıb, qadının üz-gözü qana bulaşıb. Frederik qadını həkimə gətirib.
Polisə ifadəsində yıxıldığını bildirən qadın evə gəldikdə 30 000 avronun yoxa çıxdığını görüb. Lakin qadın o vaxt sevgilisindən şikayət etməyib, bir il sonra məhkəməyə müraciət edib. 

Ötən gün keçirilən hazırlıq iclasında Frederik iştirak etməyib. Onu 6 ilədək həbs gözləyir. Məhkəmə hökmünü aprelin 28-də elan edəcək.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2180

Oxşar yazılar