ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qətnamə Karolinadan olan respublikaçı senator Lindsi Qremmi tərəfindən təqdim edilib və dəstəklənib.
Qətnamə Haaqa Beynəlxalq Məhkəməsini Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Prezident Vladimir Putin və onun komandasının fəaliyyətini araşdırmağa çağırır.
Senator Çak Şumer bildirib ki, Ukrayna xalqına qarşı törədilən vəhşiliklərə görə heç kim məsuliyyətdən qaça bilməyəcək.
Rusiyanın TASS agentliyi isə xəbər verir ki, qəbul olunan qətnamə heç bir mütləq gücə malik deyil, sadəcə, Senatın mövqeyidir.