Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib.
Lent.az-ın xəbərinə görə, o, başsağlığını Tvitterdə #Azerbaycan həştəqi ilə paylaşıb.
Paylaşımda deyilir:
“Qardaş ölkəmiz #Azerbaycan’a qarşı törədilən xain hücumda şəhid olan qəhrəman qardaşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyir, Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm.
Biz birik!
Biz birlikdəyik!”