Şəhər meri: “Rusiya ordusu kaset silahlar  tətbiq edib”
04 aprel 2022 23:44 (UTC +04:00)

Şəhər meri: “Rusiya ordusu kaset silahlar tətbiq edib”

Bu gün Rusiya ordusunun Nikolayev şəhərini atəşə tutması nəticəsində 10 müşki şəxs həlak olub, 46 nəfər yaralanıb.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bunu Ukraynanın Nikolayev şəhərinin meri Aleksandr Senkeviç bildirib.

“Bu gün səhər saat 7-də şəhərin yaşayış olan rayonu yenidən atəşə tutulub. Burada heç bir hərbi obyekt, zavod və ya yanacaq anbarı yoxdur. 1 nəfər həlak oldu, 5 nəfər yaralandı. Ərazi axşam yenidən atəşə tutuldu. Bu hücum zamanı 9 nəfər ölüb, 41 nəfər yaralanıb. Bəzi yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər” – deyə şəhər rəhbəri bildirib.

Senkeviç əlavə edib ki, Rusiya ordusu şəhərdə kaset silahlar tətbiq edib. 
  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar