Sedat Pekerin dostunu öldürmək istəyən "qanuni oğru"  həbs edildi
25 iyul 2022 17:31 (UTC +04:00)

Sedat Pekerin dostunu öldürmək istəyən "qanuni oğru" həbs edildi

Belarusun paytaxtı Minskdə “Sanya Belorus” ləqəbli “qanuni oğru” Aleksandr Kuşnerov həbs olunub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, digər “qanuni oğru” Badri Koqyaşviliyə qarşı sui-qəsd təşkil etməkdə ittiham olunur. 

Aleksandr Kuşnerov 15 il həbs həyatı yaşayıb, 2019-cu ildə azadlığa çıxıb. 

Onu da qeyd edək ki, Koqyaşvili Türkiyə mafiasının xaç atalarından sayılan Sedat Pekerin yaxın dostudur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2650

Oxşar yazılar