Rusiyanın “Qlavpiar” şirkəti Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, şirkət rəhbəri Rusiya dövlətinin adını dəyişməyi təklif edib. Məlumata görə, o, bunu Rusiyaya qarşı beynəlxalq sanksiyalardan xilas olunmağa kömək edəcəyini düşünərək irəli sürüb.
Şirkət rəhbəri Volodinə məktubda ölkəni bundan sonra “Moskoviya”, “Velikoye knyajestvo Moskva” və ya “Rosisski imperiya” adlandırmağı təklif edib.