Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili müalicə olunduğu klinikanın həkimləri analoji tövsiyə verərsə, cəzaçəkmə müəssisəsinə qaytarıla bilər.
Lent.az-ın xəbərinə görə, bubarədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze məlumat verib.
“Saakaşvili dustaqdır və biz əvvəlki kimi həkimlərin tövsiyələrinə uyğun hərəkət edirik. Müvafiq hesabatımız olanda o, cəzaçəkmə müəssisəsinə köçürüləcək”, - Breqadze bildirib.
Ədliyyə Nazirliyi rəhbərinin əlavə edib ki, hazırda Gürcüstanın keçmiş dövlət başçısı Vivamed tibb müəssisəsindədir.