Rusiya Müdafiə Nazirliyi Ukraynadakı “Şərq” qruplaşmasının komandirinin adını açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu general-leytenant Rüstəm Muradovu “Şərq” qruplaşmasının komandiri təyin edib.
Xatırladaq ki, Rüstəm Muradov 2020-ci ilin noyabrdan 2021-ci ilin sentyabrına qədər Qarabağda Rusiya sülhməramlı qüvvələrinə başçılıq edib.