Rusiyaya PUA ixracı qadağan edildi
07 dekabr 2022 22:08 (UTC +04:00)

Rusiyaya PUA ixracı qadağan edildi

Avropa Komissiyası Rusiyaya qarşı növbəti, 9-cu sanksiyalar paketini təqdim edib.

Lent.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.

Sanksiya siyahısında 200 fiziki və hüquqi şəxsin, o cümlədən 3 bank, 4 televiziya, müdafiə sənayesi müəssisələri yer alır. Sanksiyaya görə Rusiyaya ikili təyinatlı pilotsuz vasitələr və onların komponentlərinin ixracı da qadağan edilir.     
Lyayen bildirib ki, sanksiya paketinə daha 4 Rusiya kanalının Avropada yayımının dayandırılması, həmçinin Federasiyanın dağ-mədən sənayesinə sərmayələrin tam qadağan edilməsi daxildir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866
avatar

Oxşar yazılar