Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyseri batıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğındam gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.
Qeyd edək ki, daha əvvəl Rusiya MN kreyserin ekipajının ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edildiyini xəbər verib.