Rusiyanın raket zərbələri: Krivvoy Roqda 43 ev dağıldı
18 dekabr 2022 03:44 (UTC +04:00)

Rusiyanın raket zərbələri: Krivvoy Roqda 43 ev dağıldı

Rusiya ordusunun raketləri Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində 43 evə, üç məktəbə və bir tibb müəssisəsinə ziyan vurub. Hücum zamanı aralarında 1 yaşlı uşaq da daxil olmaqla dörd nəfər  ölüb.

Lent.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.

“Hazırda 43 yaşayış binasına, üç məktəbə, üç uşaq bağçasına və bir tibb müəssisəsinə ziyan dəydiyi müəyyən edilib. Şəhərin hərbi rəhbərliyi fəsadların aradan qaldırılmasına 13 briqada cəlb edib” – deyə Rezniçenko qeyd edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293
avatar

Oxşar yazılar