Qərb Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş vəsaitlərini Ukraynaya köçürəcək.
Lent.az Ukrayna mediasına istinadla xəbər verir ki, bunu prezident Vladimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.
Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankının Qərbdə dondurulmuş vəsaitləri Ukrayna üçün ayrılıb. Söhbət 300 milyard dollardan çox puldan gedir.