Rusiya Ukraynada apardığı hərbi əməliyyatlar zamanı indiyədək 60 mindən 80 minə qədər hərbçisini itirib.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Bildirilir ki, həlak olanların demək olar yarısı yeni çağırışçılar, qalanı peşəkar hərbçilərdir.
Qeyd edək ki, yaralıların dəqiq sayı haqqında məlumat verilmir.