25-ci hava desant briqadasının əsgərləri rusiyalı polkovnik Artyom Helemendiki əsir götürüblər.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə “Facebook”da jurnalist Yuri Butusov məlumat verib.
“25-ci hava desant briqadasının kəşfiyyat qrupu 18-ci motoatıcı diviziyadan polkovniki Artyom Helemendiki əsir götürüb”, - məlumatda vurğulanır.
Yayılan sənədə əsasən, polkovnik-Helemendik 90151 saylı hərbi hissənin məntəqə rəisidir.
Bu, Rusiya Hərbi Dəniz Qüvvələrinin sahil qoşunlarına məxsus və Kalininqrad vilayətinin Qusev şəhərində yerləşən Rusiya Silahlı Qüvvələrinin 79-cu xüsusi mühafizəçi motoatıcı briqadasıdır.