Rusiyanın “Alfa Bank”ının Niderland filialı “Amsterdam Trade Bank” müflis olub.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Amsterdam məhkəməsi qərar çıxarıb.
Məhkəmədən bildirilib ki, bank müflis elan olunma barədə iddia qaldırıb.
Niderlandın ANP agentliyi bildirir ki, 1994-cü ildə təsis edilmiş bank son illərdə Britaniyanın sanksiyalarına görə ciddi çətinliklərlə üzləşmişdi. Bir neçə gün əvvəl isə maliyyə qurumu Avropanın Rusiyaya qarşı sanksiyalarına əməl edəcəyini açıqlamışdı.