Rusiyalı iş adamı Mixail Fridman sanksiyaların ləğvi üçün Ukraynanın “Alfa” bankına bir milyard dollar köçürməyi təklif edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu yolla milyarder Böyük Britaniyanı Rusiyadan sanksiyaları götürməyə razı salmaq istəyir. Fridman özü isə Ukraynaya qarşı təklifi təkzib edib. Təklifə əsasən, həmin pul Ukraynada infrastruktur, səhiyyə, ərzaq və enerji təhlükəsizliyi ilə bağlı layihələrin maliyyələşdirilməsinə yönəldilməli idi.
Fridman fevralın sonunda Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Məhdudiyyətlərə səbəb milyarderin Rusiya hökuməti ilə hakimiyyət əlaqələri göstərilib. Fridman sanksiyalara etiraz etmək üçün məhkəməyə müraciət edib.