Rusiyalı jurnalist Vladimir Solovyov əcaib təkliflə çıxış edib.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, o bildirib ki, hərbi qeydiyyata düşməyən miqrantları ölkədən qovmaq lazımdır.
Eyni zamanda, jurnalist həmin adamların pasportunun əllərindən alınmalı olduğunu vurğulayıb:
"Onlar öz seçimlərini ediblər. Rusiyaya sədaqət andı içiblər. Ona görə də vətəni qorumaq onların borcudur".