Rusiyada yaşayan türklərin çoxu ONA   səs verdi
15 may 2023 08:54 (UTC +04:00)

Rusiyada yaşayan türklərin çoxu ONA səs verdi

Türkiyə prezidenti seçkilərində Rusiya Federasiyası ərazisindəki seçki məntəqələrində səs verən türk seçicilərin yarıdan çoxu (54,47%) müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyib. 

Lent.az xəbər verir ki, bu barədə “Anadolu”  rəsmi mənbələrə istinadən məlumat yayıb

Rusiyadakı türk seçicilərin 38,26%-i Rəcəb Tayyib Ərdoğana, 4,24%-i isə ATA Alyansının namizədi Sinan Oğana səs verib. Namizədliyini geri götürən siyasətçi Məhərrəm İncə 3,03% səs toplayıb.  

Məlumat Rusiyadakı seçki məntəqələrindəki seçki qutularının 93,75 faizinin emalından sonra əldə edilib. Seçicilərin 34,25%-i, başqa sözlə 4644 nəfər səsvermədə iştirak edib. 25 bülleten etibarsız sayılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Oxşar yazılar