Moskvada Kremldə pilotsuz uçan apartla bağlı baş verən insidentin təffərrüatlar məlum olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aparat Kremldə heç nəyə zərər vurmayıb.
Amma onun uçuş trayektoriyasından məqsədi ilə bağlı ehtimalları var. İlkin ehtimala görə, Kremlinin yuxarı mərtəbələrində Senat sarayı yerləşir. Putinin yaşadığı mənzil də elə oradadır. Bundan başqa, onun köməkçilərinin kabinetləri də həmin ərazidə yerləşir.
Azərbaycanlı jurnalist Fəridə Rüstəmovanın dediyinə görə, Senat sarayı Rusiya hakimiyyətinin simvolu və dəbdəbələrindən sayılır. Hər il ora milyonlarla turist və ziyarətçi baş çəkir. Rüstəmova onu da bildirib ki, Ukrayna müharibəsi ilə bağlı tarixi qərarlar məhz bu sarayda verilib.