Rusiyadakı sərnişin təyyarələrinin istismarı on il çəkə bilər.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın nəqliyyat naziri Vitaliy Savelyev proqnoz verib.
O, bildirib ki, hazırda istismarda olan təyyarələrin orta yaşı 15-i keçib. Bu, o deməkdir ki, bu təyyarələrin istismarının başa çatmasına 10 il qalıb.
Nazirin dediyinə görə, hazırda istismarda olan 1167 sərnişin təyyarəsi var.