Rusiyada parad : ləğv edilən hissə və... - Putin nələr söylədi?
09 may 2022 12:44 (UTC +04:00)

Rusiyada parad: ləğv edilən hissə və... - Putin nələr söylədi?

Moskvada Qızıl Meydanda qələbənin 77 illiyinə həsr olunan parad başa çatdı.

Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, paradın hava hissəsi ləğv edilsə də, quru qoşunları sıra marşı keçiriblər. Məlumata görə, paradda 131 hərbi texnika iştirak edib.

Bundan başqa strateji “YARS” raket kompleksi də nümayiş olunub.

Rusiya Prezidenti Vladimir Putin paradda Rusiya-Ukrayna  müharibəsi barədə də danışıb. O bildirib ki, Donbasda növbəti cəza əməliyyatına gedirdi.

“Kiyevdə nüvə silahının əldə edilməsini bəyan etmişdilər və NATO bloku bizə bitişik ərazilərin aktiv şəkildə hərbi mənimsənilməsinə başlamışdı.

Beləliklə, bizim üçün və birbaşa sərhədlərimizdə tamamilə qəbuledilməz təhlükə yarandı”, - Rusiya Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4182
avatar

Mehman Nəbiyev

Oxşar yazılar