Rusiyada Serpuxov yaxınlığındakı Avanqard İstirahət mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə REN TV-yə mənbə məlumat verib.
Yanğın yanvarın 29-da səhər saat 5:22-də başlayıb. Beşmərtəbəli bina yanıb. İki nəfər yerindəcə, üçüncüsü təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.