Rusiyada Saxalin istilik elektrik stansiyasında yanğın baş verib.
Lent.az xəbər verir ki, bubarədə “RİA Novoosti” məlumat yayıb.
Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib ki, xilasedicilər turbinlərdən birində dam örtüyünə yayılan yanğınla mübarizə aparır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi 30 əməkdaşın yanan binanı özbaşına tərk etdiyini bildirib.
“Saxalinenerqo” şirkəti yanğına turbogeneratorlardan birinin dayanmasının səbə olduğunu bildirib.