2022-ci ilin yanvar-iyul aylarında Rusiyada əhalinin təbii azalması 401,6 min nəfər olub.
Lent.az xəbər verir ki, bu barədə Rusiyanın Statistika idarəsi Rosstat məlumat yayıb.
Statistikaya görə, cari ilin 7 ayı ərzində 749,2 min nəfər dünyaya gəlib, 1,1 milyon nəfər ölüb. Ötən ilin analoji dövründə 802 min nəfər anadan olmuş, 1,3 milyion nəfər ölmüşdü.