Rusiyanın Penza şəhərində kommunal işçilər kütləvi şəkildə polisə çağırılıblar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb şəhərdəki həyətlərin birində sakinlərin istirahəti üçün nəzərdə tutulan oturacaqların sarı və göy rəngə boyanması olub.
Kommunal təsərrüfatın sözcüsü bildirib ki, onların anbarında başqa rənglərin olmadığından sarı və göy rəngdən istifadə ediblər. Bundan sonra, sakinlərdən üzr istənilib. Həmin oturacaqları başqa rəngə dəyişdiriblər.
Qeyd edək ki, sarı və göy Ukrayna bayrağının rəngləridir.