Rusiyanın Yakutsk vilayətində 60 dərəcə şaxta qeydə alınıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Yakutsk Hidrometeorologiya Departamentinin məlumatına görə, Oymyakonda 59 dərəcə şaxta, rayonların doqquz məntəqəsində 45-dən aşağı şaxta qeydə alınıb.
Bura Yer kürəsinin qeydə alınmış ən aşağı temperaturlu əraziləridir. Sinoptiklərin məlumatına görə, respublika ərazisində zəif qar, cənub-qərbdə mülayim qar, şimal-şərq, şimal-qərbdə əsasən yağmursuz keçəcək, yaşayış məntəqələrinin mərkəzi hissəsində yerlərdə şaxtalı duman olacaq.