Rusiya yaşayış məntəqələrimizin adlarını erməni toponimləri ilə qeyd edir - MN
25 noyabr 2022 21:59 (UTC +04:00)

Rusiya yaşayış məntəqələrimizin adlarını erməni toponimləri ilə qeyd edir - MN

Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yenə də yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və "Martuni" yaşayış məntəqələri istiqaməti kimi qeyd olunub.
Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq  AĞDƏRƏ və XOCAVƏND-dir.

Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq.
 

# 1830
avatar

Oxşar yazılar

Ukraynada döyüşmək istədi, 10 il müddətinə həbs edildi

Ukraynada döyüşmək istədi, 10 il müddətinə həbs edildi

28 mart 2024 , 20:48
Dünyada ən təhlükəli nəqliyyat növü  budur

Dünyada ən təhlükəli nəqliyyat növü budur

28 mart 2024 , 16:57
DƏHŞƏT!  Yaşayış evi yandı, 3 uşaq həlak odu 

DƏHŞƏT! Yaşayış evi yandı, 3 uşaq həlak odu 

28 mart 2024 , 08:25
Apreldən qazın qiyməti  xeyli artacaq

Apreldən qazın qiyməti xeyli artacaq

28 mart 2024 , 06:51
Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

28 mart 2024 , 01:30
İki kişi əlbir olub polisi soydu

İki kişi əlbir olub polisi soydu

27 mart 2024 , 20:39
Bu ölkədə 70 minə yaxın  dövlət qulluqçusu işdən çıxarılır

Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır

27 mart 2024 , 13:26
İranda daha bir polis öldürüldü  

İranda daha bir polis öldürüldü  

27 mart 2024 , 11:25