Rusiyanın Azərbaycan daxil olmaqla bir neçə səfirliyində biometrik pasportların verilməsi dayandırılıb.
Rusiyanın Azərbaycan, Almaniya, Latviya, Türkiyə, İsveç, Estoniyadakı səfirlikləri texniki səbəblərə görə elektron yaddaş daşıyıcısı olan və etibarlılıq müddəti on il olan biometrik xarici pasportların verilməsini dayandırıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Almaniyada biometrik pasportlar avqustun 29-dan, qeyd olunan digər ölkələrdə isə 26-dan verilməyəcək.
Pasportların verilməsinin dayandırılma müddəti qeyri-müəyyəndir.
Rusiyanın Türkiyədəki səfirliyindən bildirilib ki, pasportların elektron yaddaş daşıyıcısı ilə hazırlanması məsələsi həll olunana qədər verilməsi dayandırılıb.
Artıq qəbula yazılan vətəndaşlar 5 il müddətində etibarlılıq müddəti olan pasport üçün müraciət edə, ya da qəbulu ləğv edə və ya başqa vaxta keçirə biləcəklər.