Rusiya-Ukrayna müharibəsində  atəşkəs   elan olunacaq
20 aprel 2022 02:31 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsində atəşkəs elan olunacaq

Rusiya tərəfi bu gün yenidən sükut rejimi elan etməyə hazırdır.

Lent.az TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib ki, Azovstaldakı qüvvələr silahlarını yerə qoysunlar deyə süküt elan olunacaq.

“Rusiya Silahlı Qüvvələri sırf humanist prinsipləri rəhbər tutaraq, 20 aprel 2022-ci il, Moskva vaxtı ilə saat 14:00-dan etibarən qüvvələrə hərbi əməliyyatları dayandırmağı və silahlarını yerə qoymağı təklif edir”, - deyə Mizintsev bildirib.

General-polkovnik əmin edib ki, Rusiya Federasiyası silahı yerə qoyan hər kəsin həyatının qorunmasına və tibbi yardımın göstərilməsinə zəmanət verir.

Humanitar əməliyyatın həyata keçirilməsi üçün Rusiya tərəfi Moskva vaxtı ilə saat 13:00-dan etibarən tərəflər arasında əlaqə yaratmağı, bundan yarım saat sonra sükut rejiminin elan edilməsini təklif edib.

“Atəşkəs rejiminin hər iki tərəfdən bayraqların qaldırılması ilə başlayacaq. Rusiya tərəfdən - qırmızı, Ukrayna tərəfdən - Azovstalın bütün perimetri boyunca ağ rəng”, - deyə general-polkovnik qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2319
avatar

Oxşar yazılar