Müharibədə Ukraynada 7 min dinc sakininin ölümünə səbəb olub.
APA xəbər verir ki, bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı məlumat verib.
O, fevral ayından indiyədək 11 mindən çox mülki vətəndaşın xəsarət aldığını deyib.
DiKarlo əlavə edib ki, müharibə başlayandan bir neçə milyon insan evlərini tərk etməli olub. Onların təxminən 7,9 milyonu Avropa ölkələrinə gedib.
Dəyən zərərə gəlincə, BMT hazırda Ukraynanın mülki infrastrukturuna dəyən zərərin həcmini qiymətləndirməyi yekunlaşdırmaq üzrədir.