Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Belovejskaya Puşada keçirilən danışıqların üçüncü raundu başa çatıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Belarusdakı səfirliyi Teleqram kanalında məlumat yayıb.
Danışıqların 3 saat davam etdiyi bildirilir.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib ki, humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında kiçik müsbət irəliləyiş var. Atəşkəs və təhlükəsizlik təminatı ilə yanaşı, əsas siyasi məsələlər üzrə intensiv məsləhətləşmələr davam etdirilib.