Ukrayna-Rusiya danışıqları martın 14-də davam etdiriləcək.
Lent.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
“Danışıqlar fasiləsiz şəkildə videokonfrans formatında davam edir. İşçi qrupları daim fəaliyyətdədir. Bazar ertəsi martın 14-də ilkin nəticələr üçün danışıq sessiyası başlayacaq”, - deyə Podolyak qeyd edib.
***
22.19
“Hazırda Rusiya ilə Ukrayna arasında heç bir danışıq aparılmır. Danışıqlar bazar ertəsinə nəzərdə tutulub”.
Lent.az-ın xəbərinə görə, bunu “Ria Novosti”yə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Qeyd edək ki, bu gün “Reuters” agentliyi Ukraynadakı mənbələrə istinadla 2 ölkə arasında danışıqlar aparıldığı barədə məlumat yayıb.