AN-30
01 may 2022 01:00 (UTC +04:00)

AN-30

Rusiya təyyarəsinə görə İsveç qırıcıları havaya qalxdı

0

İsveç silahlı qüvvələri Rusiyaya məxsus An-30 təyyarəsinin ölkənin hava məkanını qısa müddətə pozduğunu bildirib.

Lent.az-ın xəbərinə görə, hadisənin İsveç Krallığının Blekinq əyalətində cümədən şənbəyə keçən gecə baş verdiyi qeyd edilir. 

Silahlı qüvvələrin yaydığı məlumatda qeyd olunur ki, Rusiyaya məxsus An-30 tipli təyyarə cümə günü İsveçin hava məkanını pozub. Bornholm adası üzərində (Danimarka – red.) olann təyyarə sonradan İsveçin hava məkanına daxil olub. Hava gəmisi İsveçin hava məkanını qısa müddətə pozduqdan sonra ərazini tərk edib.

İsveç HHQ məxsus qırıcılar təyyarəni izləyərək şəklini çəkib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2249

Oxşar yazılar