Rusiya şirkətləri bu sərgidə iştirak edə bilməyəcək
06 mart 2022 08:46 (UTC +04:00)

Rusiya şirkətləri bu sərgidə iştirak edə bilməyəcək

0

Çili hökuməti Rusiya şirkətlərinə FİDAE hərbi və aerokosmik sərgidə iştirakla bağlı göndərdiyi dəvəti ləğv edib.

Lent.az-ın xəbərinə görə, bu barədə Çilinin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukraynaya hücuma görə Çili hökuməti Rusiya şirkətlərinə 5-10 aprel tarixlərində keçiriləcək FİDAE aerokosmik sərgisində iştirak üçün göndərilmiş dəvəti ləğv edib.

Qeyd edək ki, FİDAE Latın Amerikasının ən böyük aerokosmik və hərbi sərgisi hesab edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1921

Oxşar yazılar