Rusiya səfirliyi bu qəzeti məhkəməyə verdi - SƏBƏB
25 mart 2022 22:16 (UTC +04:00)

Rusiya səfirliyi bu qəzeti məhkəməyə verdi - SƏBƏB

0

Rusiyanın İtaliyadakı səfirliyi “La Stampa” qəzetini məhkəməyə verib.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, buna səbəb hərbi jurnalist Domeniko Kuirikonun Rusiya prezidenti ilə bağlı məqaləsi olub.

Ukraynadan söhbət açan məqalə müəllifi qeyd edib ki, hərbi müdaxilə istisnadır, diplomatik cəhdlər səmərəsizdir: "Çıxış yolu Çarı öz yaxınlarının əli ilə öldürməkdir. Bayden, NATO və Avropanın bir nömrəli planı budur: Moskvada kimsə Putini öldürsün və canımız bu ağır yükdən qurtarsın”. 

Səfir Sergey Razov məqalənin jurnalistika prinsiplərindən uzaq olduğunu iddia edib.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1432

Oxşar yazılar