Rusiya məşhur “Coca-Cola”, “Fanta”, “Sprite” əvəzinə CoolCola”, “Fancy” və “Street” adlı içkilər istehsal etməyə başlayıb.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dizaynları oxşadığı kimi, bu içkilərin dadı da bənzərdir.
Məlumata görə, içkilərin 1 litr yarımı 125 rubldur (təxminən 3 manat 30 qəpik).
Qeyd edək ki, bu ilin mart ayında “Coca-cola” şirkəti müharibə ilə əlaqədar sanksiyalara qoşularaq Rusiyadakı fəaliyyətini dayandırıb.