Ukrayna ordusu sutka ərzində Donbasda 12 hücumu dəf edib.
Lent.az-ın Ukrayna KİV-ə istinadla xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, sutka ərzində Rusiyaya məxsus 6 tank, 5 artilleriya qurğusu, 22 zirehli texnika, 8 hərbi avtomobil və bir o qədər PUA məhv edilib.