Rusiya ordusu sentyabrın 10-u günortadan sonra Dnepropetrovsk bölgəsindəki Pavloqrad şəhərinə hücum edib və nəticədə böyük yanğınlar baş verib.
Lent.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu barədə Dnepropetrovsk polis idarəsinin rəisi Aleksandr Qanja məlumat verib.
Onun sözlərinə görə, Rusiya hücumu nəticəsində dörd nəfər ölüb, ən azı 60 nəfər yaralanıb.
"Hücum nəticəsində avtomobillər, pərakəndə satış pavilyonları və mağaza yanır", - Qanja qeyd edib.
Yaralılar arasında 13, 14 və 15 yaşında 3 uşaq var.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()