Rusiya nüvə silahından istifadə edə bilər
23 mart 2022 00:38 (UTC +04:00)

Rusiya nüvə silahından istifadə edə bilər

“Rusiyanın milli təhlükəsizlik konsepsiyası nüvə silahından yalnız ölkənin mövcudluğuna təhlükə yarandığı halda istifadə etməyi nəzərdə tutur”.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Fevralın 27-də Rusiya prezidenti Vladimir Putin Rusiya qüvvələrin xüsusi döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib. Dövlət başçısı müvafiq sərəncamı fevralın 27-də Rusiya Federasiyasının Baş Qərargah rəisi və müdafiə naziri Sergey Şoyqu ilə görüşündə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2090

Oxşar yazılar