Rusiya metrosunda sürücüsüz qatarlar 2025-ci ilə qədər xəttə buraxıla bilər.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Tatarıstan rəhbəri Rüstəm Minnihanovla “Transmashholding” şirkətinin ortağı Andrey Bokarev arasında aparılan danışıqlardan sonra açıqlanıb.
Qeyd edilib ki, sözügedən qatarlar ilk dəfə olaraq Kazan metrosunda fəaliyyətə başlayacaq.