Ukrayna Təhlükəsizlik Xidməti Rusiya ilə danışıqlarda iştirak edən deputat Deniz Kireyevi öldürüb.
Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kireyevin vətənə xəyanətdə ittiham olunduğu bildirilir. Məlumata görə, o, yaxalanərkən müqavimət göstərsə də, xüsusi təyinatlılar deputatı öldürüblər.
Rəsmi Kiyev hələ ki bu informasiyanı təsdiqləməyib.
Öldürülən deputat Deniz Kireyev